Dərc edildi: Baxış sayı: 378
Milli parklarda “açıq qapı” günü keçiriləcək
“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 apreldə Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcəklər.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. Milli parklara səyahət etməklə Siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat almaq olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət