Milli Musiqi Günü metropolitenin dörd stansiyasında qeyd ediləcək
"Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq 18 sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədi ilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında müxtəlif saatlarda səsləndiriləcək. Belə ki, “İçərişəhər” stansiyasında saat 11:00-12:30, “Sahil” stansiyasında saat 12:00-13:30, “28 May” stansiyasında saat 13:00-14:30 və “Elmlər Akademiyası” stansiyasında isə saat 14:00-15:30. Arası olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət