Slimfit
  1. HƏRB

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə hərbi təhsil sahəsində müzakirə aparılıb

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə hərbi təhsil sahəsində müzakirə aparılıb
Sakura

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə hərbi təhsil sahəsində müzakirə aparılıb

Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ens.Az-ın məlumatına əsasən,Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.

 

Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR