Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisin yenidən formalaşan İntizam komissiyasına sədr və katib seçildi

Milli Məclisin yenidən formalaşan İntizam komissiyasına sədr və katib seçildi
Sakura

Milli Məclisin yenidən formalaşan İntizam komissiyasına sədr və katib seçildi

Milli Məclisin İntizam komissiyasının yeni sədrinin və katibinin adına aydınlıq gətirilib.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Ağacan Abiyev məlumat verib.

O bildirib ki, fevralın 1-də Milli Məclisin plenar iclasında İntizam komissiyasının yeni tərkibi seçilib.

“Elə həmin gün Komissiyanın yeni tərkibdə iclası oldu. Həmin iclasda Komissiya üzvlərinin iştirakı ilə mən yenidən sədr, deputat Məlahət İbrahimqızı isə katib seçildi”.

İntizam komissiyasının tərkibinə  deputat Ağacan Abiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kərimzadə və Fəzail İbrahimli üzv seçilib.

Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir.

Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir.

Seçildikdən sonra Milli Məclisin İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR