Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı məlum oldu

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı məlum oldu
Sakura

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı məlum oldu

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, yaz sessiyası ərzində “Ümumi təhsil haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Optika haqqında”, “Adlar və soyadlar haqqında” qanun layihələri və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı layihələr müzakirə olunacaq.

Sessiya dövründə həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının,  Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası bu il fevralın 1-də keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR