Milli Məclisin növbəti plenar iclası keçirilir
Azərbaycan Milli Məclisinin payız sessiyasının III plenar iclası keçirilir.
“Report” xəbər verir ki, parlament sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.
Bunlar “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında”, “H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında” qanun layihələri, "Büdcə sistemi haqqında", "Yerin təki haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Ailə məcəllələrinə dəyişiklik layihələridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət