Dərc edildi: Baxış sayı: 266
Milli Məclisin növbəti iclasları noyabrın 21-22-də keçiriləcək, büdcə zərfi II oxunuşda müzakirə ediləcək
Noyabrın 21-22-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclasları keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, toplantılarda gələn ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirə olunacaq.
İclasların gündəliyi yaxın vaxtlarda deputatlara paylanılacaq.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət