Dərc edildi: Baxış sayı: 443
Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilir
Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.
"Report" xəbər verir ki, bununla bağlı məsələyə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında baxılacaq.
Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət