Dərc edildi: Baxış sayı: 483
Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək
Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar.
Trend-in məlumatına görə, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.
Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 18-də başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət