Milli Məclisin deputatı tibb sahəsi ilə bağlı beynəlxalq elmi konfransda iştirak edib
Daşkənd şəhərində Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov təmsil edib. Beynəlxalq konfrans beyin qan dövranı və ürək xəstəliklərilə mübarizə, gələcək yol xəritəsinin çəkilməsinə həsr edilib.
R.Mahmudov deyib ki, 500-dən çox iştirakçının təmsil olunduğu beynəlxalq tədbirdə Avropanın, Asiyanın, eləcə də post-sovet ölkələrinin içərisində Azərbaycanın da yer alması sevindirici haldır.
Onun sözlərinə görə, bu cür beynəlxalq konfranslar səhiyyənin inkişafı üçün böyük əhəmiyyətə malikdir: “Düşünürəm ki, bu cür beynəlxalq konfranslarda xəstəliklərlə yeni mübarizə üsulları müzakirə olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət