Dərc edildi: Baxış sayı: 370
Milli Məclisin deputatı Sofiyada səfərdədir
Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bolqarıstanın paytaxtı Sofiyada rəsmi səfərdədir.
Bu barədə “Report”a parlamentin mətbuat xidmnətindən məlumat verilib.
Bildirilib ki, o, səfər çərçivəsində Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlərdə, o cümlədən Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva ilə görüşdə iştirak edəcək.
Daha sonra Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasına qatılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət