Slimfit
  1. SİYASƏT

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb
Sakura

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

Qazaxıstan Azərbaycan və Ermənistanın dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.

“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.

 

Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR