Dərc edildi: Baxış sayı: 486
Milli Məclisin deputatı Cənubi Koreyaya gedir
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-də Cənubi Koreyanın paytaxtı Seulda səfərdə olacaq.
Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.
Səfər iyunun 28-də başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət