Dərc edildi: Baxış sayı: 485
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
“Report”un xəbərinə görə, komitə sədri Eldar İbrahimov gündəlikdə olan məsələlər barədə məlumat verib.
O deyib ki, komitə 2018-ci ilin payız sessiyasında 11 iclas keçirib, bu iclaslarda 27 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə olunub.
Komitə sədri qeyd edib ki, 2019-cu ilin yaz sessiyasında komitədə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi ilə yanaşı, digər layihələrin də müzakirəyə olunacağı gözlənilir.
Sonra deputatlar müzakirə edilən məsələlər barədə fikirlərini bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət