Dərc edildi: Baxış sayı: 514
Milli Məclisdə əfv etmə və amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək
Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planın layihəsində əksini tapıb.
İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.
İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət