Slimfit
  1. SİYASƏT

Milli Məclisdə karantin rejimini pozanlara qarşı cəzaların sərtləşdirilməsi təklif edilib

Milli Məclisdə karantin rejimini pozanlara qarşı cəzaların sərtləşdirilməsi təklif edilib
Sakura

Milli Məclisdə karantin rejimini pozanlara qarşı cəzaların sərtləşdirilməsi təklif edilib

“Hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara əməl etməlidir”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

M.Quliyev bildirib ki, qaydalara riayət etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər: “Ona görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Cənab Prezident dünən modul tipli xəstəxananın açılışında çıxış edərkən bu məsələyə toxundu və hər kəsi qaydalara əməl etməyə çağırdı. Hər kəs bu çağırışa əməl etməlidir”.

M.Quliyev həmçinin qaydaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsini təklif edib. O qeyd edib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr edilə bilər: “Biz Operativ Qərərgahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müddəalar əlavələr edək ki, cəzalar sərtləşdirilsin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar tövsiyələri nəzərə alaraq seçicilərini məlumatlandırmalıdır: “Onlara koronavirusla mübarizə istiqamətində tövsiyələrini verməlidir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR