Slimfit
  1. CƏMİYYƏT

Milli Məclis yaz sessiyasını, koronavirus pandemiyası ilə bağlı qanun layihələrinin qəbulunu yekunlaşdıra bilmədi

Milli Məclis yaz sessiyasını, koronavirus pandemiyası ilə bağlı qanun layihələrinin qəbulunu yekunlaşdıra bilmədi
Sakura

Milli Məclis yaz sessiyasını, koronavirus pandemiyası ilə bağlı qanun layihələrinin qəbulunu yekunlaşdıra…

Milli Məclis yaz sessiyasında təsdiqi vacib olan bəzi qanun layihələrinin qəbulunu yekunlaşdıra bilmədi. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb olan amillərdən biri də müəyyən qanunlara koronavirus pandemiyası ilə bağlı dəyişikliyin edilməsi zərurəti idi. 

Məhz bunlar səbəbindən Milli Məclis mayın 31-də yaz sessiyasını yekunlaşdırdıqdan sonra  digər sənədlərin müzakirəsi üçün növbədənkənar sessiyaya getdi. 

Növbədənkənar sessiyanın iyul ayının ortalarına qədər davam edəcəyi gözlənilir. Bu dəfə də illərdir qəbulu gözlənilən bəzi sənədlərin parlamentin növbədənkənar sessiyasının müzakirəsinə çıxarılması gözlənilmir. 

14 ilə yaxındır ki, Rəqabət Məcəlləsi ilə bağlı sənəd “bəxti açılmayan” qanun layihələrindəndir. Layihə iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. 

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də növbədənkənar sessiyada müzakirə edilməsi gözlənilən deyil. 

“Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Təhsil kreditləri haqqında”, “Ali təhsil haqqında” qanun layihələri də qəbul edilməmiş qalır. 

Bundan başqa “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” sənədin də “bəxti gətirməyib”. 

Adıçəkilən sənədlərin parlamentin payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağını demək isə hələ tezdir. 

Qeyd edək ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR