Dərc edildi: Baxış sayı: 296
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Ens.az-ın məlumatına əsasən,bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin payız sessiyasının bugünkü iclasında bildirib.
Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət