Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclis aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihəni qəbul edib

Milli Məclis aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihəni qəbul edib
Sakura

Milli Məclis aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihəni qəbul…

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihə müzakirəyə çıxarılıb.

Report”un xəbərinə görə, iclasda bildirilib ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.

Əlavə edilən 270-1 (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsinə əsasən, uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə, belə zorun tətbiqi hava gəmisinin təhlükəsizliyinə təhdid yaradıldıqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 aya müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə, uşuş vaxtı hava gəmisinin təhlükəsizliyinə təhdid yaradıldıqda cinayət nəticəsində vurulan ziyanın 1 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhvetmə və ya onlara əhəmiyyəti zərərvurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstismarda olan hava gəmisini qəsdən məhvetmə, habelə hava gəmisinə qəsdən onun sıradan çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə təhdid yaradan zərəryetirməyə görə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratmaya görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məcəlləyə 219-2 (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsi də əlavə edilib. Maddəyə əsasən, stasionar platformanın məhv edilməsinə və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər etməyə görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qəsdən qanunsuz olaraq stasionar platformanı məhvetmə və ya onun təhlükəsizliyinə təhdid yaradan dərəcədə zədələnməsinə səbəb olan zərər yetirməyə görə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Stasionar platformanı zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə və ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə saxlamaya görə 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd olunub ki, bu maddədə “Stasionar platforma” dedikdə təbii sərvətlərin kəşfiyyatı və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər üçün dənizin dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və ya qurğu başa düşülür.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR