Slimfit
  1. MƏDƏNİYYƏT

Milli Kitabxana Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazasını təqdim edib

Milli Kitabxana Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazasını təqdim edib
Sakura

Milli Kitabxana Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazasını təqdim edib

Ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Kitabxanası tərəfindən müxtəlif tədbirlərin təşkili edilməsi nəzərdə tutulub.

Hazırda kitabxananın əməkdaşları tərəfindən virtual rejimdə təqdim olunan “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” adlı elektron məlumat bazası istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcək. Elektron məlumat bazası geniş istifadəçi kütləsinin görkəmli ədibin yaradıcılığı ilə bağlı müxtəlif sənədlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacaq.

Təqdim olunan bazada rəsmi sənədlər, görkəmli ədibin həyat və yaradıcılığı, müdrik fikirləri, əsərləri, onun haqqında yazılan kitab və məqalələr, ədibin xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər, filmoqrafiyası, habelə fotoqalereya və videoqalereya yer almışdır. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Keçid linki: http://anl.az/el/emb/N.Nerimanov/index.html

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR