Dərc edildi: Baxış sayı: 586
Milli kinofestival təsis edildi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni milli kinofestival təsis edib.
İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Lent.az-a bildirib ki, “Qızıl Pillə” adlanan milli kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
Qrum sözçüsü qeyd edib ki, iki ildən bir - noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət