Slimfit
  1. GÜNDƏM

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi
Sakura

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edilib. Bu haqda MHB-nin mətbuat xidmətindən xural.com-a bəyanat göndərilib. Xural.com təsis bəyanatını təqdim edir:

“Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir.

Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb. problemlər qarşımızı kəsən əsas əngəllərdir.

Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir. Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır.

1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır.

Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür.

MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər.

Sayğılarımızla

Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri:

Arif Acaloğlu (MHB sözçüsü)

Ələsgər Siyablı

Arif Rəhimoğlu

Aydın Ələkbərli

Aydın Şükür

Ayvazalı Oruçlu

Aqil Səmədbəyli

Arzuman Cəfərov

Ağası Hun

Ahudar Qurbanov

Akif Borçalı

Abil Babaoğlu

Bayram Abbasov

Cavid Aydın

Dilavər Əzimli (Dr.)

Elçin Abdullayev

Eldar Sübhanverdiyev

Elmar Həsənli

Elnur Nazimoğlu

Elnur Paşa

Elşən Əlisoy

Etibar Qərib

Əkbər Nəcəf (Dr.)

Əli Mustafa

Əmirağa Basqallı

Faiq Ələkbərli (Dr.)

Fəqan Yaqubov

Fərid Əlibəy

Hacı Zakir Quliyev

Hüseyn Əliyev

İlqar Salmanoğlu

İlyas Abdullayev

İsmixan Fərəcov

İsrafil Həsənov

Qələndər Muxtarlı

Qorxmaz İbrahimli

Mahmud Əhmədli

Mail Bağırov

Malik Bayramlı

Məzahir Məmmədov –

Mirhadi Yusuflu

Müxrəddin Borçalı

Naib Ələkbərov

Namiq Talıbov

Natiq Ələsgərli

Nizami İsmayılbəyli

Nurəddin İsmayıl

Orxan Tağıyev

Oruc Muradov

Raqib İsmayıllı

Ramazan Aras

Rəhim Sulduzlu

Rəvan Bağırlı

Rüfət Muradlı

Seyid Mirfeyzulla

Səlim Muradov

Şahnaz Ələgərli

Şamil Məmmədli

Şeyda Nəsibli

Şəmsəddin Cəmiyev

Şəmsəddin Rəhimli

Telman Verdiyev

Teymur Eminbəyli

Təvəkkül Süleymanlı

Vaqif Almuradlı

Vəkil Şahbazlı

Vəli Hümmətoğlu

Vüqar Abdulla

Vüsal Əfəndi

Yasəmən Qaraqoyunlu

Yaşar Əsədov

Zahir Əlisoy”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR