Slimfit
  1. CƏMİYYƏT

Milli azlıqlarla bağlı kitabça paylanacaq

Milli azlıqlarla bağlı kitabça paylanacaq
Sakura

Milli azlıqlarla bağlı kitabça paylanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) tərəfindən həyata keçirilən “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsi yekun mərhələsinə başlayıb.

Mərkəzdən Kult.az-a verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunması nəzərdə tutulmuş layihənin ilk mərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü “525-ci qəzet”də dərc olunub.

Nəzərdə tutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabça hazırlanıb. Hazırda həmin kitabçalar KİV orqanlarına hədiyyə edilir.

Layihənin əməkdaşları ilk olaraq “Kaspi” qəzetində Azadinform.az, Multikultural Azərbaycan, Sfera.az saytlarında qonaq olublar. Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlu redaksiya heyətinə layihənin mahiyyəti barədə məlumat verib və kitabçaları jurnalistlərə təqdim ediblər.

Digər redaksiyalarda da görüşlər keçiriləcək və 400 tirajla nəşr olunan “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” kitabçası jurnalistlərə hədiyyə olunacaq.

 

C.Musaoğlu layihənin mahiyyəti barədə danışarkən bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədər xeyli materiallar dərc olunub:

“Belə materialları kitabxanalarda və internet resurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha geniş məzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadə üslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi”.

JEM sədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR