Slimfit
  1. İDMAN

Millətlər Kubokuna qatılacaq şahmatçımız bilindi

Millətlər Kubokuna qatılacaq şahmatçımız bilindi
Sakura

Millətlər Kubokuna qatılacaq şahmatçımız bilindi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı bəlli olub. SİA-nın məlumatına görə, yarışda Teymur Rəcəbov da qüvvəsini sınayacaq.

35 yaşlı qrossmeyster 5 - 10 mayda keçiriləcək nüfuzlu turnirdə dünya yığmasının heyətində yer alacaq.

Qeyd edək ki, Onlayn Millətlər Kubokunda 6 komanda - Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması 180 000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparacaq. Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq.

Komandaların tam heyəti bu gün dəqiqləşəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR