Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Millət vəkilləri şəhid əsgərin ata ocağını ziyarət ediblər

Millət vəkilləri şəhid əsgərin ata ocağını ziyarət ediblər
Sakura

Millət vəkilləri şəhid əsgərin ata ocağını ziyarət ediblər

Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov Qurban bayramı günlərində şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər.

Ens.az AzNews.Az-a istinadən xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc ifadəsi olduğunu deyib: “Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin mətin duruşu, hər bir hərbçimizin vətənpərvərliyi, qorxmazlığı bizlərə qürur bəxş etdi. Hərbçilərimizin əziz canlarını Vətən torpaqları uğrunda qurban verməsi xalqımız tərəfindən unudulmayacaq. Ruhuna daim ehtiram içində olduğumuz şəhidlərimizin ailələri də bizimçün həmişə əziz olacaq”.

Millət vəkili Məşhur Məmmədov Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-dövlət birliyinin necə möhkəm olduğunu bir daha parlaq şəkildə göstərdiyini deyib.

Millət vəkili bildirib ki o da hadisələrin qaynar vaxtı Tovuza səfər edib, qəhrəman oğullarımızın, yerli əhalinin, tovuzlu gənclərin ovqatını öz gözləri ilə görüb, şahid olub.

M.Məmmədov Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib.

Şəhid əsgərin ailə üzvləri, doğmaları öz ürək sözlərini bölüşüb.

Millət vəkilləri şəhid əsgərin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, ordumuzun əsgəri Xəyyam Daşdəmirov düşmənin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə başlatdığı hücumun ilk günü ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR