Dərc edildi: Baxış sayı: 591
Millət vəkilləri Fazil Mustafanın evinə getdilər
Millət vəkilləri Mahir Abbaszadə, Məşhur Məmmədov və Elnur Allahverdiyev terrora məruz qalmış Fazil Mustafa ilə görüşüblər.
Axar.az xəbər verir ki, bu barədə Mahir Abbaszadə öz Feysbuk hesabında məlumat verib.
O, həmkarının səhhətinin yaxşılaşdığını bilidirib.
Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də saat 21:51-də Zabratda yerləşən evinin qarşısında silahlı hucuma məruz qalıb. İki güllə yarası alan deputat xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Aparılan əməliyyat nəticəsində F.Mustafaya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb.
Hazırda istintaq davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət