Dərc edildi: Baxış sayı: 458
Millət vəkilləri 180 gün maaş almayacaqlar
Argentinada millət vəkilləri 180 gün maaş almayacaqlar.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Argentina Konqresi ölkədə yaşanan ağır iqtisadi vəziyyət ilə əlaqədar deputatların əmək haqqlarını yarım illik dondurur.
Hökumət 31 dekabr 2020 tarixinədək ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bir çox tədbirlər görüləcəyini elan edib.
Qeyd edək ki, ötən həftə Parlament ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib. Daha sonra deputatlar maaşlarının dondurulmasının lehinə səs verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət