Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkilindən təklif: "Cümhuriyyət rəhbərlərinin heykəl kompleksi qurulsun"

Millət vəkilindən təklif: "Cümhuriyyət rəhbərlərinin heykəl kompleksi qurulsun"
Sakura

Millət vəkilindən təklif: "Cümhuriyyət rəhbərlərinin heykəl kompleksi qurulsun"

Millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolunun qiymətləndirilməsi üçün iki təklif irəli sürüb.

Redaktor.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında qeyd edib.

Deputat Bakı şəhərində “Cümhuriyyət” prospekti olmasının vacibliyindən söz açıb:

"Ya mövcud prospektlərdən birinin adının dəyişdirilərək “Cümhuriyyət” prospekti adlandırmaq, ya da hansısa yeni bir prospektə bu adı vermək məqsədəuyğun olardı. "Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi göstərərdi".

A.Mirzəzadə ikinci təklif kimi isə, Bakı şəhərində cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edib:

"Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR