Slimfit
  1. MEDİA

Millət vəkili: UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olundu

Millət vəkili: UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olundu
Sakura

Millət vəkili: UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olundu

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti bir uğura imza atıldı. Paytaxt Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etdi. Final oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olundu.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu finalın Bakı şəhərində keçirilməsi Azərbaycanın uğurudur:

"Matçın keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfüzundan xəbər verir. Bu, eyni zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda futbol infrastrukturunun yaradılması, yeni stadionların, ələlxüsus Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi siyasətin uğurudur".

R.Əliyev qeyd edib ki, final oyunu dünyanın 200-dən çox ölkəsində yayımlanıb və bir milyarddan çox tamaşaçı təfəindən izlənilib: "Dünyanın bir çox ölkəsindən 30 mindən çox turist oyunu izləmək üçün ölkəmizə səfər edib. Bütün bunlar Azərbycanın dünyada daha geniş miqyasda tanıdılması və təbliğ edilməsində böyük rol oynayır. Gələn il Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa Çempionatının dörd oyununun keçirilməsi nəzərdə tutulub. Səsvermə zamanı Bakıya üstünlük verilməsində AFFA-nın rəhbərliyinin rolu böyük olub. Bu da Azərbaycanın getdikcə artan nüfuzundan xəbər verir. Sözügedən oyunlar da çox yüksək səviyyədə təşkil olunacaq".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR