Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili Qırıqqalada: Qarabağ həqiqətləri...

Millət vəkili Qırıqqalada: Qarabağ həqiqətləri...
Sakura

Millət vəkili Qırıqqalada: Qarabağ həqiqətləri...

“Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi” adlı konfransda iştirak etmək üçün Türkiyənin Qırıqqala vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Qırıqqala Polis İdarəsinin rəhbəri Mahmud Çorumlu, Qırıqqala Türk Ocaqları, Qəzetçilər Cəmiyyəti, bu bölgənin tanınmış təşkilat, QHT və KİV rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Türkiyə qardaşlığı, əlaqələri, əməkdaşlığı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzuları ətrafında, həmçinin, bölgələrimiz arasında əməkdaşlığın daha da artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Azərbaycan ilə Türkiyənin QHT, gənclər və qadın təşkilatları, KİV-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib.

Görüşlər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva qardaş ölkə QHT-lərindən və KİV-dən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini xüsusi vurğulayıb.

Görüşlərdə millət vəkili Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar hədiyyə edib.

Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova da iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR