Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili: "Heç kəs qanun çərçivəsində ona çatacaq vəsaitdən kənarda qalmayacaq"

Millət vəkili: "Heç kəs qanun çərçivəsində ona çatacaq vəsaitdən kənarda qalmayacaq"
Sakura

Millət vəkili: "Heç kəs qanun çərçivəsində ona çatacaq vəsaitdən kənarda qalmayacaq"

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsi məsələsi başlanılıb.

Millət vəkili Musa Quliyev Publika.az-a açıqlamasında bildirib ki, bu proses qaçqın, məcburi köçkün və eləcə də şəhid ailələrinin cənab prezidentin daim diqqət mərkəzində olmasının göstəricisidir.

Millət vəkili bu məsələnin uzun müddətdir həllini gözləyən problem olduğunu deyib:

“Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular üçün nəzərdə tutulan ödəniş uzun müddətdir ki, problemli məsələ kimi ortada qalmışdı. “Azərsığorta”nın həmin vəsaiti ödəmək imkanı yox idi. Həmin insanlar da zamanında sığorta olunmadıqlarından onlara sığorta haqqı çatmamışdı. Uzun müddət bu məsələ müzakirə edildi və cənab Prezident bu məsələni humanistcəsinə həll etdi. Belə ki, İlham Əliyev Prezident seçiləndən sonra ilk fərmanını həqiqi hərbi qulluqçuların icbari sığorta haqlarının ödənilməsi ilə bağlı verdi. Prezidentin şəxsi fondundan bu haqların ödənilməsi üçün 50 min manat vəsait ayırdı. Bu, Prezident tərəfindən həmin ailələrə qayğının nəticəsi idi və şəhid ailələri də bunu belə dəyərləndirir”.

Millət vəkili onu da vurğulayıb ki, bu vəsaiti almaq hüququ olanlar müəyyən ediımiş vaxtda ödənişləri əldə edəcək:

“Bu fərmandan irəli gələrək Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və Ədliyyə nazirliklərinə, eləcə də “Azərsığorta”ya bu insanların vərəsəlik hüququnun müəyyən edilməsi, növbəyə yazılması ilə bağlı tapşırıq verdi. Bu proses artıq başlayıb, iki gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə nazir Sahil Babayev müraciət edənlərin 99 faizinə bu ödənişi almaqda hüququ olması barədə məlumat verildiyini dedi. Proses tam şəffaf şəkildə həyata keçirilir. Bu il şəhid ailələrinin bir qismi 11 min manat alacaq. Gələn ilin sonuna qədər bu proses tamamilə başa çatacaq. Heç kəs qanun çərçivəsində ona çatacaq vəsaitdən kənarda qalmayacaq.

Bir vaxtlar bu müavinəti alanların təkrar almaqla bağlı iddiaları var. Hesab edirəm ki, indi hüququ olan şəxslərə həmin vəsaitlər ödəniləndən sonra həmin qrup əhaliyə yardımların edilməsi, problemlərinin həllinə dövlət tərəfindən köməklik göstərilə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR