Millət vəkili generala təşəkkür etdi
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Axar.az xəbər verir ki, Qüdrət Həsənquliyev yubiley medalına layiq görüldüyü üçün Dövlət Sərhəd Xidmətinin rəisinə təşəkkürünü bildirilib.
Bununla bağlı BAXCP sədrinin general-polkovnik Elçin Quliyevə ünvanladığı təşəkkür məktubunda deyilir:
“Hörmətli cənab General-polkovnuk! Məni Azərbaycanın dövlət sərhədlərinin qorunması kimi şərəfli və həm də böyük mənəvi yükü olan bir vəzifəni həyata keçirən nüfuzlu dövlət qurumunun - Dövlət Sərhəd Xidmətinin 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə təşəkkürümü bildirir, çətin və şərəfli işinizdə uğurlar diləyirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət