Dərc edildi: Baxış sayı: 286
Millət vəkili Fazil Mustafa hazırda həkim nəzarətindədir - TƏBİB
Sui-qəsd nəticəsində güllə yarası alan millət vəkili Fazil Mustafa hal-hazırda TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdədir və ona bütün zəruri tibbi yardımlar göstərilir.
Ens.Az-ın məlumatına əsasən,bunu Trend-ə açıqlamasında TƏBİB-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Zamirə Adilova deyib.
O bildirib ki, millət vəkili əməliyyat olunub, vəziyyəti stabildir: "Hazırda onun vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur. Diaqnozu sağ çiyin və sol budun aşağı nayihələrini dəlib keçən güllə yarasıdır. Hazırda millət vəkili həkim nəzarətindədir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət