Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili avtobus qəzasına görə çağırış etdi

Millət vəkili avtobus qəzasına görə çağırış etdi
Sakura

Millət vəkili avtobus qəzasına görə çağırış etdi

Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəza edərək iki nəfərin həyatına son qoyub. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

O, təəssüflə qeyd edib ki, belə sürücüləri işə qəbul edən və ictimai nəqliyyatı tənzimləyən özəl şirkətlərə cəza verilmir:

“Onlar məsuliyyətə cəlb olunmur. Bəzi avtobuslarda gedişhaqqı kartla olduğu halda digərlərində bu tətbiq olunmur. Bu da ciddi problemdir. Mən Əli Hüseynlidən xahiş edirəm ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən və onlar üzərində nəzarəti həyata keçirə bilməyən özəl şirkətlərin cəzalandırılması və məsuliyyətə cəlb olunması üçün İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavələr edilməsini nəzərə alsın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR