Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili 4 ölkənin nüfuzlu fəalları ilə görüşdü

Millət vəkili 4 ölkənin nüfuzlu fəalları ilə görüşdü
Sakura

Millət vəkili Qənirə Paşayeva Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə görüş…

Millət vəkili Qənirə Paşayeva Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə görüş keçirib.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan danışıb.

Deputat xarici fəal qadınları Qarabağ həqiqətləri barədə məlumatlandırıb.

Q.Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsindən və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmasından da bəhs edib.

Görüşdə sözügedən ölkələrlə Azərbaycan arasında əməkdaşlığın inkişafının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Millət vəkili xarici fəal qadınlara həmçinin Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR