Milia nədir və onu necə müalicə etmək olar?
Milia gözün ətrafında əmələ gələn ağ rəngli, balaca yağ vəziləridir. Genetik xüsisiyyətlər və ya qidalanma səbəbiylə əmələ gələ bilər. Dəriniz üçün işlətdiyiniz yanlış komsetik vasitələr də milia yarada bilir. Əgər qanınızdakı yağ faizi çoxdursa, gözünüzün ətrafında milia əmələ gəlmə riski yüksəkdir. Çoxlu kafein qəbul edir, nizamsız yuxu və yağlı yeməklərə üstünlük verirsinizsə bu da dərinizdə bir çox dəyişikliyə, eləcə də miliaya səbəb olacaqdır.
Müalicəsi varmı?
Miliadan qurtulmaq üçün əvvəlcə onun yaranma səbəbini öyrənmək lazımdır. Bunun üçün bir həkimlə məsləhətləşmək lazımdır. Əgər çoxdan bu problemə sahibsinizsə, o zaman həkim tövsiyyəsi ilə müalicə elətdirə bilərsiniz. Lakin yeni başlayan bir problemdirsə, təbii yollarla da problemi aradan qaldırmaq mümkündür.
Bu xəstəliyin təbii yolla müalicə üsulları da var:
Bal: Bal təbiətin ən müalicəvi qidasıdır. Bu göz ətrafımızdakı kiçik yağ vəziləri üçün də faydalıdır. Bir miqdar balı gözünüzün ətrafına sürtüb 20 dəqiqə gözlətdikdən sonra yuyun. Hər gün təkrarlayın.
Çay ağacı yağı: Bir miqdar çay ağacı yağını sadəcə problem olan hissəyə sürtüb yatın. Səhər oyananda su ilə durulayın.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət