Dərc edildi: Baxış sayı: 521
“Milan” məşqə gecikən Bakayokonu 90 min avro cərimələyib
İtaliyanın “Milan” klubu fransalı futbolçusu Temue Bakayoko ilə bağlı qərarını verib.
ONA-nın məlumatına görə, məşqə bir saat gecikən yarımmüdafiəçi 90 min avro cərimələnib.
Milanın eyniadlı təmsilçisi legionerlə müqavilə bağlamamaq barədə də qərar qəbul edib. İngiltərə “Çelsi”sinə məxsus oyunçu ilə icarə müqaviləsi başa çatdıqda sonra T.Bakayoko Londona qayıdacaq. Hətta komandanın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmaması da bu qərara təsir etməyəcək.
Qeyd edək ki, T.Bakayokonu ötən ilin yayında 5 milyon avroya icarəyə götürən “Milan” onu 35 milyona transfer etmək hüququna da yiyələnmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət