Mikrodalğalı sobada yumurta bişirdi, bir gözü kor oldu
Böyük Britaniyanın Vusterşir qraflığının Redditç şəhərində yaşayan 22 yaşlı Betani Rosserin ehtiyatsızlıq üzündən bir gözü kor olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Sun” nəşri yazıb.
Belə ki, İnternetdə mikrodalğalı sobada yumurta bişirməyi öyrənən qadın gözlənilməz nəticə ilə üzləşib. Betani sobanın qapısını açdığı vaxt yumurta partlayıb və içindəki qaynar maye onun sağ gözünə sıçrayıb.
Rosser ağır yanıq xəsarətləri ilə Birminqemdə yerləşən xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qız sağ gözünü itirib. O, görmə qabiliyyətinin bərpa olunub-olunmayacağından əmin deyil.
Zərərçəkmiş ümid edir ki, bir də heç kim heç vaxt mikrodalğalı sobada yumurta bişirməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət