Slimfit
  1. TEXNOLOGİYA

Mikrobot sürüləri təmir işçilərini əvəz edəcəklər

Mikrobot sürüləri təmir işçilərini əvəz edəcəklər
Sakura

Mikrobot sürüləri təmir işçilərini əvəz edəcəklər

Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Nazirliyi bu ölkənin yeraltı kommunikasiya xətlərinin təmiri üçün nəzərdə tutulmuş mikrobotlar layihəsinə 8,9 milyon dollar sərmayə yatırıb. Mikrobotların hazırlanması ilə ABŞ-ın 4 aparıcı universiteti məşğul olacaq. Layihə uğur əldə edərsə, mikrobotlar boru kəmərlərinin təmiri işində də tətbiq olunacaq.

techcult.ru saytının məlumatına görə, britaniyalılar layihəni maliyyələşdirdilər, robot-təmirçilər üçün real fəaliyyət sahəsini müəyyən etdilər. Dünyada boruların avtonom tədqiqatı üçün maşınların müxtəlif versiyaları uzun müddətdir ki, mövcuddur.Lakin yeni robotları fərqləndirən əsas xüsusiyyət onların şəhər infrastrukturu üçün nəzərdə tutulmasıdır. Mikrobotlardan, əsasən, asfaltın və zədələnmiş boruların təmiri üçün küçələrdə çuxurların qazılması kimi işlərdə istifadə olunması planlaşdırılır.

Öncə robotlar borularda yaranmış dəlikləri aşkarlayaraq, onları “yamamağı” öyrənməlidirlər. Bunun üçün çox kiçik ölçülü yoxlama botlarının ordusunu yaratmaq tələb olunur. Onlara bir neçə böyük təmir “işçisi” müvəqqəti olaraq, nəzarət edəcək. Böcəyə bənzəyən robot-inspektorların uzunluğu 1 sm-dən azdır. Onlar istənilən səth üzrə qaça, uça və üzə, həmçinin diaqnostik avadanlıqları daşıya bilməlidirlər. “İşçilərə” təmizlik və borulara yamaqların vurulması üçün alətlər quraşdırılacaq. Mikrobotlar kabellə idarə edilir və onun vasitəsilə enerji əldə edirlər.

Boruların təmiri üçün mikrobotların hazırlanmasına 5 il vaxt ayrılıb. Uğur əldə edilərsə, onları milyonlarla seriyalarla satın alacaqlar və Böyük Britaniyanın yeraltı kommunikasiya xətlərini bu mikrobotlarla dolduracaqlar. Bildirilib ki, layihənin böyük iqtisadi səmərə verməsi gözlənilir. Çünki yollarda hər il 1,5 milyon qazıntı işi aparılır, nəqliyyat vasitələrinin tıxaclarda dayanması nəticəsində dəymiş ziyan isə 6,3 milyard dollara çatır.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR