Slimfit
  1. AZƏRBAYCAN

Mikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanır

Mikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanır
Sakura

Mikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanır

II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisində mikro və kiçik sahibkarların əl işləri Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Azvision.az -a bildirilib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və sair olmaqla 50-dək çeşiddə əl işləri nümayiş olunur.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların, xüsusilə də qadın və əlil sahibkarların, startapların və gənclərin ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR