Dərc edildi: Baxış sayı: 2190
Mikayıl Müşfiq - Yaşa könül!
Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət