Slimfit
  1. ƏDƏBİYYAT

Mikayıl Müşfiq - Bəxtiyar

Mikayıl Müşfiq - Bəxtiyar
Sakura

Mikayıl Müşfiq - Bəxtiyar

Sıyrılıb keçmişin buludlarından,
Müjdələr gətirir böyük yarından,
Yarıb günəş kimi qaranlıqları,
Söküb şəfəq kimi dumanlıqlar,
Özündən alışan, özündən yanan,
Hər sabah hamıdan erkən oyanan,
İş başına qoşan nə bəxtiyardır!

Yoldaşı sıradan qalarkən geri,
Tutub ətəyindən çəkib iləri,
Ona qüvvət verən, ona ruh verən,
Ona ən uğurlu bir yol göstərən,
Həm sevgi bəsləyən, həm can yandıraan,
Sönük duyğuları işıqlandıran,
Günəşlə yarışan nə bəxtiyardır!
 
Budur həyatdakı gözəllik ancaq:
Qüvvətli yaşamaq, canlı yaşamaq!
Məqsədim, məsləkim, şüarım budur,
Həmən əqidədir, həmən duyğudur.
Gələcək günlərə məni səsləyən,
Bir böyük yarına əməl bəsləyən,
Çarpışan, vuruşan nə bəxtiyardır!
 
Günlərim keçməyir ancaq əməklə,
Xəyalım göyləri seyr eləməklə,
Buludlar ömrümün karvanı olur;
Fikrim o karvanın sarvanı olur.
Sanıram ulduzlar həmvətənimdir,
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır!
 
Mənə ilham verir o yaşıl çəmən,
Üstümə quşbaşı yağan yasəmən.
Demək, sevimlidir bahar da, qış da,
Bir yenilik duyub mən hər baxışda
Sevirəm dəyişən, dönən varlığı.
Bu günün yarının bəxtiyarlığı
Sevdasilə coşan nə bəxtiyardır!
 
Ömrümün min dürlü cilvəsi vardır,
Könlümün göyləri damar-damardır,
O bəzən ağlasa, bəlkə də haqdır,
Həyat həm gülməkdir, həm ağlamaqdır,
Lakin daha xoşdur döyüş çağları,
Həyat dedikləri uca dağları
Duman kimi aşan nə bəxtiyardır!
 
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR