Dərc edildi: Baxış sayı: 1031
Mikayıl Müşfiq - Ay qız
Sən də alıb ələ bir qızıl rübab,
İncə tellərini dinləndir, ay qız.
Döşündən ellərə bağla bir kitab,
Susqun dodaqları dilləndir, ay qız!
Qalmasın sözlərin qəlbində gizli,
Mən görmək istəməm çöhrəni sisli.
Ol arslan ürəkli, şəfəq bənizli,
Gülərək yurdunu şənləndir, ay qız!
O qara günlərin getsin gəlməsin,
Bir daha keçmişin üzü gülməsin.
Ümidi səndədir məncə hər kəsin,
İndidən ruhunu telləndir, ay qız!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət