Slimfit
  1. İQTİSADİYYAT

Mikayıl Cabbarov gənclərlə görüşdü

Mikayıl Cabbarov gənclərlə görüşdü
Sakura

Mikayıl Cabbarov gənclərlə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə videokonfrans formatında görüşü keçirilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,açılışda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyev Mərkəzinin Gənclər və İdman Nazirliyi ilə birlikdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramını 2019-cu ildən başlayaraq həyata keçirilməsinə başladığını, 2020-ci il üzrə proqramda iştirak etmək üçün 40 rayon və şəhərdən 350-dən artıq gəncin müraciət etdiyini bildirib.

Görüşdə İqtisadiyyat naziri M. Cabbarov Azərbaycanın inkişaf tarixində rolu olan Heydər Əliyev irsinin öyrənilməsinin önəmini vurğulayıb, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb olunması, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü genişmiqyaslı işlərdən bəhs edib. 

Sonda İqtisadiyyat naziri gəncləri maraqlandıran sualları cavablandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR