Slimfit
  1. CƏMİYYƏT

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib
Sakura

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun videokonfrans formatında ikinci iclası keçirilib. Yığıncaqda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər. 

Ens.az xəbər verir ki,Nazirlikdən "Report"a verilən məlumata görə, Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun birinci iclası aprelin 30-da keçirilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR