Dərc edildi: Baxış sayı: 459
MİDA “Güzəştli mənzil” sistemini təkmilləşdirəcək
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətləri üzrə satınalmalarla əlaqədar tender elan edir.
“Report” MİDA-ya istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
Tenderdə iştirak etmək istəyənlər müvafiq sənədləri bu il dekabrın 10-na, tender təkliflərini dekabrın 17-nə kimi Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına təqdim etməlidir.
Tender təklifləri dekabrın 18-də saat 15:00-da “MİDA” MMC-də açılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət