Slimfit
  1. AZƏRBAYCAN

MİDA Bank VTB (Azərbaycan) və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

MİDA Bank VTB (Azərbaycan) və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb
Sakura

MİDA Bank VTB (Azərbaycan) və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bank VTB (Azərbaycan) və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

Vətəndaşların rahatlığı məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatları Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC olub.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatıb. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “UniBank” və “Azər-Türk Bank” ASC ilə bağlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR