“Microsoft”un yeni proqramı gözdən əlil insanlara smartfondakı şəkillərə baxmağa imkan verəcək
“Microsoft” korporasiyası “Seeing AI” mobil proqramının yeni versiyasını təqdim edib. Sözügedən proqram kompüter görmə texnologiyasının köməyi ilə gözdən əlil və zəif görən insanlara smartfon və ya kompüterdə şəkillərə "baxmağa" imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mobil proqramı işə salmaq üçün istifadəçi ekrandakı təsvirə toxunuş etməlidir. Kompüter görmə sistemi təsvirin detallarını tanıyaraq onları dinamik və ya qulaqlıqlar vasitəsilə səsləndirir.
13 martdan etibarən “Seeing AI” proqramı “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatandır. Mobil tətbiq pulsuzdur, “App Store” və “Google Play” mağazalarında əlçatandır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət