Microsoft "sehrli çubuq" patentləşdirdi
Bu yaxınlarda Microsoft şirkətinin virtual və qarışıq reallıq cihazları üçün növbəti qadcetin patentini alması məlum oldu. Yeniliyi istifadə forması və oxşar dizayna görə sehrli çubuq adlandırdılar.
“Sehrli çubuq” istifadəçinin əlində rahat dayanması üçün dirsək, tətik və bir neçə əlavə düymə əldə etdi. Virtual reallıqda obyektlərin seçilməsi, onların yerinin dəyişdirilməsi və s. üçün göstərici kimi onlardan istifadə etmək mümkündür.
Maraqlıdır ki, qadcet Microsoft-da prototip qismində mövcuddur. Ən azından keçən ilin yayında dərc olunan konseptual videoda HTC Vive VR sahibinin əlində ona oxşarı var idi.
Xatırladaq ki, Microsoft artıq HoloLens dəstində verilən qarışıq reallıq üçün bir sadə kontroller var, lakin yeni qadcet daha çox əməliyyatlar yerinə yetirməyə imkan verir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət