Slimfit
  1. TEXNOLOGİYA

“Microsoft” “Internet Explorer”də “sıfır gün” boşluğunu aradan qaldırıb

“Microsoft” “Internet Explorer”də “sıfır gün” boşluğunu aradan qaldırıb
Sakura

“Microsoft” “Internet Explorer”də “sıfır gün” boşluğunu aradan qaldırıb

"Microsoft" öz proqram məhsulları ("Microsoft Windows", "Office", "IE", "Edge", "Net Framework", "Exchange Server", "Visual Studio", "Team Foundation Server" və "Asure IoT SDK Dynamics") üçün aylıq təhlükəsizlik yeniləmələri çıxarıb. Ümumilikdə 71 boşluq aradan qaldırılıb, onlardan 20-si kritik, 49-u təhlükəli və 4-ü orta təhlükəli kimi qeyd edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan başqa, şirkət "Internet Explorer" brauzerində "sıfır gün" (CVE - 2019-0676-da) boşluğunu aradan qaldırıb. Boşluqdan istifadə etmək üçün haker qurbanı zərərverici sayta daxil olmağa inandırmalı idi. Hücum edən tərəfin sistemdə avtorizasiyası hücumun həyata keçirilməsi üçün məcburi şərtdir.

Xatırladaq ki, bu yaxınlarda "Microsoft" şirkəti istifadəçiləri "Internet Explorer" brauzerinin istifadəsindən imtina etməyə səsləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR